Gəncədə dava, xəsarət alan var

Gəncədə dava, xəsarət alan var
02:14 9 Aprel 2017
136 Digər
Ölkə mətbuatı
A- A+

Gəncədə dava olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin I-ci mikrorayonunda qeydə alınıb. Bir neçə nəfərin dalaşması nəticəsində şəhər sakini, 1987-ci il təvəllüdlü Balı Hacıyevin burun sümüyü sınıb, həmçinin müxtəlif bədən xəsarətləri alıb. O dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR