Madrid derbisi “Real”a baha başa gəldi - Onu da itirdilər

Madrid derbisi “Real”a baha başa gəldi - Onu da itirdilər
06:18 9 Aprel 2017
123 İdman
Ölkə mətbuatı
A- A+

“Real” İspaniya La Liqasının “Atletiko”ya qarşı Madrid derbisində ağır itkiylə üzləşib.

Publika.az xəbər verir ki, “kral klubu”nun əsas heyət üzvlərindən Pepe “hindular”la oyunda sıradan çıxıb. Matçın gedişində zədələnən portuqaliyalı müdafiəçi, oyunun 67-ci dəqiqəsində əvəzlənib. İspaniya mətbuatında yer alan xəbərlərə görə, Pepenin iki qabırğası sınıb. Onun mövsümün sonunadək yaşıl meydanlardan kənarda qalacağı qeyd olunub.

Xatırladaq ki, 1:1 hesablı bərabərliklə başa çatmış derbidə “kral klubu”nun yeganə qoluna Pepe imza atıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/194334.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR