Tramp hamının GÖZLƏDİYİ SƏBƏBİ açıqladı

Tramp hamının GÖZLƏDİYİ SƏBƏBİ açıqladı
08:03 9 Aprel 2017
222 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Konqres üzvlərinə aprelin 7-nə keçən gecə Suriyaya endirilən raket zərbəsinə dair bildiriş məktubu göndərib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məktubun mətni tam olaraq Trampın zərbədən sonra səsləndirdiyi bəyanatı təkrarlayır. Belə ki, prezident Suriya hakimiyyətini aprelin 4-də İdlib əyalətində kimyəvi silahdan istifadə etməkdə ittiham edib. Tramp, raket zərbəsinin kimyəvi silahdan istifadənin təkrarlanmasının qarşısını almaq məqsədi ilə endirildiyini qeyd edib.

Qeyd edək ki, ABŞ-ın Homs əyalətindəki “Şayrat” aerodromuna 59 raket atıb.

Homs qubernatoru zərbə nəticəsində 5 hərbçi və 2 mülki şəxsin öldüyünü bildirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR