Moskvada qatarlar toqquşdu: YARALILAR VAR - FOTO

Moskvada qatarlar toqquşdu: YARALILAR VAR - FOTO
09:17 9 Aprel 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

Moskvada qatarların toqquşmasından sonra 50 nəfər tibbi yardımın göstərilməsi üçün həkimlərə müraciət edib.    

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Rusiya Dəmir Yolları"ndan bildirilib.  
 
"Elektrik qatarının iki vaqonunun və sərnişin qatarının lokomotivinin seksiyasının relsdən çıxması nəticəsində dəmir yolunda hərəkət dayandırılıb. İlkin məlumata görə, tibbi yardımın göstərilməsi üçün 50 nəfər  həkimlərə müraciət edib", - deyə məlumatda bildirilir.
 
Bundan əvvəl 20 nəfərin xəsarət alması, 12 nəfərin xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR