"Kəpəz" - "Neftçi"yə, "Qarabağ" - "Qəbələ"yə qarşı

"Kəpəz" - "Neftçi"yə,  "Qarabağ" - "Qəbələ"yə qarşı
09:27 9 Aprel 2017
136 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
 
Hər iki oyun prinsipallıq baxımından olduqca gərgin mübarizə vəd edir. Belə ki, Gəncədə əzəli rəqiblər "Kəpəz" və "Neftçi" münasibətlərinə aydınlıq gətirəcəksə, Bakıda çempionluq yarışı verən "Qarabağ"la "Qəbələ" üz-üzə gələcəklər.
 
Günə Gəncədə start veriləcək. Bu mövsüm heç də yaxşı vəziyyətdə olmayan rəqiblər turnir cədvəlində də qonşu sıralarda qərarlaşıblar. Görüşün gərginliyini artıran məqamlardan biri də hər iki komandanın Avrokuboklara vəsiqə verən 4-cü pilləyə yüksəlmək şanslarının qalmasıdır. Bu oyunun nəticəsindən asılı olaraq tərəflərdən biri bu istəyindən uzaq düşəcək. Cari mövsümdə artıq 3 dəfə üz-üzə gəlmiş əzəli rəqiblərin şəxsi görüşlərində bərabərlik var. Belə ki, hər iki komanda 1 dəfə qələbə qazanıb, 1 oyunda isə heç-heçə qeydə alınıb. Vurulan və buraxılan qollarda da bərabərlik hökm sürür: 2:2.
 
Daha sonra diqqətlər paytaxta yönələcək. Ölkədaxili bütün mükafatlara iddialı olan və şanslarını saxlayan iki əyalət komandası münasibətlərinə Bakıda aydınlıq gətirəcəklər. Rəqibindən 4 xal qabaqda olan "Qarabağ" öz meydanında qələbə qazanacağı təqdirdə çempionluğa daha da yaxınlaşacaq. "Qəbələ" üçün isə bu oyun həlledici ola bilər. "Qırmızı-qaralar" potensial 3 xal sayəsində çempionluq yarışına yenidən ortaq olacaq. Məğlubiyyət isə komandaya baha başa gələcək.
 
Azərbaycan Premyer Liqası
XXV tur
9 aprel (bazar)

16:00. "Kəpəz" - "Neftçi"
İlk 3 dövrədəki oyunlar: 0:2, 2:0, 0:0
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Mübariz Haşımov, Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Murad Məmmədov
Gəncə şəhər stadionu

20:30. "Qarabağ" - "Qəbələ"
İlk 3 dövrədəki oyunlar: 0:2, 2:1, 0:2
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Tofiq Bəhramov adına Respublika stadionu
 

1

Qarabağ

24

16

4

4

39-12

52

2

Qəbələ

24

13

8

3

43-14

48

3

İnter

24

11

9

4

35-24

42

4

Zirə

24

8

7

9

21-24

31

5

Sumqayıt

24

7

7

10

22-30

28

6

Neftçi

24

8

2

14

19-38

26

7

Kəpəz

24

5

9

10

17-26

24

8

 AZAL

24

1

7

16

11-39

10

 

Bombardir: Filip Ozobiç ("Qəbələ") - 11
Milli.Az

 

 

1

Qarabağ

24

16

4

4

39-12

52

2

Qəbələ

24

13

8

3

43-14

48

3

İnter

24

11

9

4

35-24

42

4

Zirə

24

8

7

9

21-24

31

5

Sumqayıt

24

7

7

10

22-30

28

6

Neftçi

24

8

2

14

19-38

26

7

Kəpəz

24

5

9

10

17-26

24

8

 AZAL

24

1

7

16

11-39

10


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/533386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR