Türkiyədə turistlərin olduğu hava balonu partladı: ölən və yaralananlar var

Türkiyədə turistlərin olduğu hava balonu partladı: ölən və yaralananlar var
10:24 9 Aprel 2017
103 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur turizm bölgələrindən olan tarixi Kapadokya ərazisində bədbəxt hadisə baş verib. Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, Nevşehir vilayətində yerləşən turizm zonasından qalxan hava balonu Ortahisar qəsəbəsi yaxınlığında yüksək gərginlikli elektrik naqillərinə toxunub. Nəticədə hava balonu partlayıb və yerə doğru sürətlə enməyə başlayıb. Balonun yerə çırpılması nəticəsində turistlərdən biri hadisə yerində ölüb. Daha 20 turist isə xəstəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyəti ağırdır.

 

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271713

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR