Bakıda bədbəxt hadisə

Bakı sakini lift boşluğuna yıxılaraq ölüb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin lift boşluğuna yıxılması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. 1989-cu il təvəllüdlü Həsənov Nurlan Şahmərdan oğlunun cəsədi lift boşluğundan çıxarılaraq aidiyyati üzrə təhvil verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR