Azərbaycanlı müğənni 40 illik arzusuna çatdı - FOTO

Azərbaycanlı müğənni 40 illik arzusuna çatdı - FOTO
11:05 9 Aprel 2017
290 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Fədayə Laçın 40 illik arzusuna çatıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "10-dan sonra" verilişində deyib. 

O bildirib ki, uzun illərdən sonra xalq artisti Zeynəb Xanlarova ilə görüşə bilib:

"Uşaqlıqdan içimdə bir həsrət var idi ki, Zeynəb Xanlarovanı yaxından görüm. Onu görmək, qarşısında mahnı oxumaq eşqi ilə ürəyim çırpınırdı. Bir dövlət tədbirinə dəvət aldım, 40 ildən sonra onu görə bildim. Onun qarşısında mahnı da oxudum. Repertuarımda onun mahnıları da var. Məclisdə mən canlı oxumaq istədim, amma icazə vermədilər. İki fonoqramla mahnı oxudum, prodüser yaxınlaşıb dedi, Zeynəb xanım davam etməyini istəyir. Mən də onun mahnılarını canlı səsləndirdim".

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/533401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR