ABŞ-ın Suriyaya dair prioritetləri AÇIQLANDI

ABŞ-ın Suriyaya dair prioritetləri AÇIQLANDI
11:23 9 Aprel 2017
36 Dünya
Ölkə mətbuatı
A- A+

"İŞİD terror qruplaşması ilə mübarizə ABŞ-ın əsas prioritetidir".

Publika.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson deyib.

"Hesab edirik ki, bizim birinci dərəcəli prioritet İŞİD üzərində qələbədir", - deyə Tillerson CBS telekanalının müxbirinin ABŞ-ın Suriyaya qoşun yeritmək planının olub-olmamasına dair sualına cavab verərkən bildirib.

"Düşünürəm ki, İŞİD təhlükəsi azaldıqdan və ya ləğv edildikdən sonra diqqətimizi artıq Suriyada vəziyyətin sabitləşməsinə yönəldə bilərik", - deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillerson ötən həftə Ankarada rəsmi səfərdə olarkən bəyan edib ki, Suriya prezidenti Bəşər Əsədin taleyini yalnız Suriya xalqı həll etməlidir. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli isə Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasının artıq ABŞ üçün prioritet olmadığını qeyd etmişdi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR