Avropa ölkələri qorxuya düşdü

ABŞ-ın Suriyaya məlum həmləsindən sonra Rusiya ilə münasibətlərdə gərginliyin yaranması bölgədə öz maraqları olan kiçik dövlətləri təşvişə salıb.

Metbuat.az bildirir ki, Suriyada terrorçulara qarşı mübarizə aparan ölkələrdən biri olan Belçika əməliyyatları təxirə salıb. Koalisiya üzvü olan digər ölkələrin də Suriyanın hava sərhəddinə daxil olmamaq qərarı verdikləri açıqlanıb. Rusiya qüvvələri ilə əlavə problem yaşamaq istəməyən Belçika hökuməti bölgədəki döyüş təyyarələrini geri çağırıb. Bununla bağlı Brüsseldə toplantı keçiriləcəyi gözlənilir.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR