İsveçdə maskalı şəxslər polisi daşa basdılar

İsveçdə maskalı şəxslər polisi daşa basdılar
11:57 9 Aprel 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

İsveçin Göteburq şəhərinin Hammarküllen rayonunda gənclərin iştirakı ilə iğtişaş baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, təqribən 30 maskalı gənc polis əməkdaşlarına içərisində yandırıcı qatışıq olan butulka və daş atıblar. Hadisə nəticəsində bir asayiş keşikçisi yaralanıb.
Onlar, həmçinin bir neçə avtomobili yandırıblar, kafelərin şüşələrini qırıblar.
Hadisə yerinə gücləndirilmiş polis dəstələri və vertolyot göndərilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR