Ən çox daşınmaz əmlak bu ölkələrdə alınır - SİYAHI

Ən çox daşınmaz əmlak bu ölkələrdə alınır - SİYAHI
11:58 9 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Son zamanlarda dünyanın inkişaf etmiş ölkələrinin əhalisi ya zənginləşib, ya da ehtiyat tədbirlərini artıraraq başqa ölkələrdə də daşınmaz əmlak almağa başlayıb. Əlbəttə ki, çoxluq bunu fürsət bilib indiyədək arzusunda olduğu Avropa ölkələrini seçir. Amma onların arasında gözdəniraq guşələrdə, az inkişaf etmiş ölkələrdə də ev alanlar az deyil.

Çox vaxt əmlakın yerləşdiyi ölkənin ümumi vəziyyəti deyil, təbiəti əcnəbilərin diqqətini çəkir. Məsələn Dominikan Respublikası ən çox kriminal hadisələrin, aksiyaların keçirildiyi dövlətlərdəndir. Amma ölkənin gözəl təbiəti əcnəbilərə daha maraqlı gəldiyindən siyasi abı-havanı veclərinə almırlar.

İstənilər halda, əmlak almaq istəyən adam çoxluğun maraq göstərdiyi yerlərə üz tutsa yaxşı olar. Bunlar hansılardır? Publika.az əcnəbilərin əmlaka ən çox maya qoyduğu 10 ölkənin siyahısnı təqdim edir:

1. İspaniya,

2. İtaliya,

3. Bolqariya,

4. Almaniya,

5. Fransa,

6. ABŞ,

7. Çexiya,

8. Türkiyə,

9. Kipr,

10. İsveçrə.

İlk 20-likdə keçmiş SSRİ-dən yalnız Latviya əcnəbilərin diqqətini çəkib.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/emlak/194359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR