Neymar qovuldu, "Barselona" uduzdu - VİDEO

Neymar qovuldu, "Barselona" uduzdu -   VİDEO
12:27 9 Aprel 2017
112 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasının XXXI turunda "Barselona" "Malaqa"nın qonağı olub. Fanat.Az xəbər verir ki, Kataloniya klubu səfər matçında 0:2 hesablı məğlubiyyətə üzülüb.


"Malaqa"nın heyətində Sandro Ramirez və Coni fərqlənib. 65-ci dəqiqədə qırmızı vərəqə alan Neymar "Barselona"nı azlıqda qoyub.


Qeyd edək ki, "Barselona" 31 oyunda 69 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Kataloniya klubu bir oyun keçmiş lider "Real"dan 3 xal geri qalır. "Malaqa" isə 31 oyundan sonra 33 xalla 14-cü yeri tutur.



Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-neymar-qovuldu-quotbarselonaquot-uduzdu-t57448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR