Rusiya və İran rəsmiləri ABŞ-ı qınadı

Rusiya və İranın Baş qərargah rəisləri Suriyadakı vəziyyətlə bağlı müzakirələr edib.

Metbuat.az bildirir ki, Məhəmməd Hüseyn ilə həmkarı Valeri Gerasimov ABŞ-ın Suriyanın Homs şəhərindəki aviabazaya roket zərbələri endirməsi haqda telefonda fikir mübadiləsi aparıblar. Tərəflər ABŞ-ın bu hərəkətini müstəqil bir ölkəyə qarşı aqressiv davranış kimi qiymətləndirib. Bununla yanaşı, hər iki ölkə rəsmisi terrora qarşı mübarizənin vacib olduğunu, hərbi əməliyyatların daha da gücləndiriləcəyini qeyd ediblər.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR