Salyan rayonunun Noxudlu kənd sakini, 1996-cı ildə anadan olmuş Cahangirova Gülmira Qəhrəman qızı komatoz vəziyyətdə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib.
Publika.az virtualaz.org-a istinadən bildirir ki, həkimlər
aqonal vəziyyətdə olan xəstəyə bir neçə həb qəbul etdikdən sonra bu
vəziyyətə düşdüyündən, medikamentoz zəhərlənmə diaqnozu
qoyublar.
Bildirilir ki, Gülmira adında ailənin 2 qızı bundan əvvəl faciəvi
şəkildə ölübmüş. Belə ki, illər öncə ailənin Gülmira adlı qızı
körpə olarkən həyətlərindəki su kanalında boğularaq ölüb. Bundan
sonra ailə yeni doğulan qızına yenə həmin adı verib. Amma bundan
2-3 il sonra həmin qızcığaz da körpə bacı və qardaşı ilə birgə
evləri qarışıq yanaraq ölüb. Bir müddət sonra-1996-cı ildə anadan
olmuş qıza yenə də Gülmira adı verilib.
Ailənin başına gələnlərdən qızın atası Qəhrəman artıq əsəb
xəstəliyinə tutlubmuş və il yarım əvvəl xəstəlikdən dünyasını
dəyişib. Elə Gülmira da ailələrinin başına gəlmiş faciələrdən
sarsıntı keçirərək yaşamaq istəmədiyini deyirmiş. Bu səbəbdən o,
evdə atasından qalmış psixotrop maddələrin bir neçəsini qəbul
edərək intihar etməyə cəhd edib.