Gəncədə avrokubok, Bakıda çempionluq savaşı - YENİLƏNİR

Gəncədə avrokubok, Bakıda çempionluq savaşı -   YENİLƏNİR
12:57 9 Aprel 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək. Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

 

Hər iki oyun prinsipallıq baxımından olduqca gərgin mübarizə vəd edir. Belə ki, Gəncədə əzəli rəqiblər “Kəpəz” və “Neftçi” münasibətlərinə aydınlıq gətirəcəksə, Bakıda çempionluq yarışı verən “Qarabağ”la “Qəbələ” üz-üzə gələcəklər.

 

Günə Gəncədə start veriləcək. Bu mövsüm heç də yaxşı vəziyyətdə olmayan rəqiblər turnir cədvəlində də qonşu sıralarda qərarlaşıblar. Görüşün gərginliyini artıran məqamlardan biri də hər iki komandanın Avrokuboklara vəsiqə verən 4-cü pilləyə yüksəlmək şanslarının qalmasıdır. Bu oyunun nəticəsindən asılı olaraq tərəflərdən biri bu istəyindən uzaq düşəcək. Cari mövsümdə artıq 3 dəfə üz-üzə gəlmiş əzəli rəqiblərin şəxsi görüşlərində bərabərlik var. Belə ki, hər iki komanda 1 dəfə qələbə qazanıb, 1 oyunda isə heç-heçə qeydə alınıb. Vurulan və buraxılan qollarda da bərabərlik hökm sürür: 2:2.

 

Daha sonra diqqətlər paytaxta yönələcək. Ölkədaxili bütün mükafatlara iddialı olan və şanslarını saxlayan iki əyalət komandası münasibətlərinə Bakıda aydınlıq gətirəcəklər. Rəqibindən 4 xal qabaqda olan “Qarabağ” öz meydanında qələbə qazanacağı təqdirdə çempionluğa daha da yaxınlaşacaq. “Qəbələ” üçün isə bu oyun həlledici ola bilər. “Qırmızı-qaralar” potensial 3 xal sayəsində çempionluq yarışına yenidən ortaq olacaq. Məğlubiyyət isə komandaya baha başa gələcək.

 

Premyer Liqa

2016/17 mövsümü

IV dövrə, XXV tur


9 aprel 

16.00 Kəpəz - Neftçi

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Mübariz Haşımov, Ömər Paşayev.

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.

Hakim-inspektor: Murad Məmmədov.

Gəncə şəhər stadionu.


20.30 Qarabağ - Qəbələ

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Orxan Məmmədov.

AFFA nümayəndəsi: Elbrus Abbasov.

Hakim-inspektor: Əli Hüseynov.

Tofiq Bəhramov adına Respublika stadionu.


1. Qarabağ 24 16 4 4 39-12 52

2. Qəbələ 24 13 8 3 43-14 48

3. İnter 24 11 9 4 35-24 42

4. Zirə 24 8 7 9 21-24 31

5. Sumqayıt 24 7 7 10 22-30 28

6. Neftçi 24 8 2 14 19-38 26

7. Kəpəz 24 5 9 10 17-26 24

8. AZAL 24 1 7 16 11-39 10


Bombardir: Filip Ozobiç (“Qəbələ”) - 11.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-gncd-avrokubok-bakda-cempionluq-sava-t57449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR