"Real" dünən qapısına qol vuran ulduzu istəyir

"Real" dünən qapısına qol vuran ulduzu istəyir
13:37 9 Aprel 2017
114 İdman
Ölkə mətbuatı
A- A+

"Real" "Atletiko"nun ulduzunu hədəfə alıb. Fanat.Az xəbər verir ki, "Kral Klubu" Antoine Qrizmannı heyətinə qatmaq istəyir.


"L`Equipe"in iddiasına görə, "Real" dünən Madrid derbisində qapısına qol vuran fransız ulduz üçün təklif göndərməyə hazırlaşır. "Kral Klubu"nun bu transferi reallaşdırmaqda qərarlı olduğu bildirilir.


"Mançester Yunayted" başda olmaqla bir çox Avropa nəhənginin hədəfində olan Qrizmann 2014-cü ildə "Real Sosyedad"dan "Atletiko"ya 30 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 80 milyon avro qiymət qoyduğu hücumçunu Madrid klubunun 100 milyondan aşağı qiymətə satmayacağı deyilir.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquot-dunn-qapsna-qol-vuran-ulduzu-istyir-t57450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR