Almaniya Avropa Polisi yaradılmasını təklif edib

Almaniya Avropa Polisi yaradılmasını təklif edib
13:48 9 Aprel 2017
41 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın Cinayət işlər üzrə Federal İdarəsinin rəhbəri Xolqer Münx Avropa Polisinin yaradılmasını təklif edib.

Publika.az APA-ya istinadən xəbər verir ki, H. Münx bu təklifini "Bild am Sonntag" nəşrində bu gün dərc olunan müsahibəsində səsləndirib.

H.Münx deyib ki, daxili sərhədlərin olmadığı Avropada polis də transsərhəd səviyyəsində sıx əməkdaşlıq imkanlarına malik olmalıdır:

"Təcili Avropa ölkələrinin polis sistemlərinin inteqrasiyasını yaxşılaşdırmağa ehtiyac var. Biz bir ölkə kimi Avropa daxilində polis məlumatlarının mübadiləsi imkanlarına malik olmalıyıq. Hazırda müxtəlif sistemlərin cinayətlərin araşdırılmasını çətinləşdirir. Şengen informasiya sistemində biometrik komponentlər də yoxdur. Bu, barmaq izinə görə şəxsin müəyyənləşdirilməsinə imkan verərdi. Avropada şübhəlilərlə bağlı informasiya bazası da yoxdur".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR