Antalyada yığmamızdan növbəti medal

Antalyada yığmamızdan növbəti medal
15:05 9 Aprel 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin Antalya şəhərində cüdo üzrə "Qran-Pri" yarışı davam edir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,  turnirin ikinci günündə milli komandamız aktivinə daha bir medal yazdırıb. 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hidayət Heydərov Antalya "Qran-Pri"sində bürünc medal qazanıb. Yarışın ilk günündə Nəzakət Əzizova (52 kq) da bürünc medala sahib olub.

Qeyd edək ki, 34 ölkədən 252 idmançının (155 oğlan, 97 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 13 cüdoçu (7 oğlan, 6 qız) ilə təmsil olunur.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/533428.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR