Rusiyanın Taqanroq şəhərindəki yaşayış evlərindən birində partlayış baş verib.
Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə "TASS" agentliyinə Fövqəladə Hallar Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsindən xəbər verilib.
Xəbərdə bildirilir ki, hadisə zamanı həmçinin 2 nəfər xəsarət alıb.
"Hadisə 5 mərtəbəli yaşayış binasının 5-ci binasında baş verib" - deyə idarədən bildirilib.
Hadisə ilə əlaqədar 80 nəfər təxliyə edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Milli.Az