Azərbaycan və Türkiyə turizm sahəsində birgə işlər görəcək

Azərbaycan və Türkiyə turizm sahəsində birgə işlər görəcək
15:42 9 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycanın turizm sahəsində idarəetmə ilə bağlı təcrübəsi az olduğundan Türkiyənin təcrübəsinə ehtiyacı var.

Milli.Az bildirir ki, bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi deyib.

Müşavirin sözlərinə görə, Türkiyənin turizm şirkətlərinin dünyada rəqabətə girə bilən potensialı və peşəkar idarəetmə sistemləri var.

Son 5 ildə Azərbaycanda turizm sahəsinə xeyli investisiya yatırıldığını qeyd edən İ.Çiftçi əlavə edib ki, Türkiyənin turizm potensialından istifadə edərək bəzi sahələr üzrə birgə işlər görməyi planlaşdırırlar.

Türkiyənin turizm sahəsində Azərbaycanla əlaqələrini daha da genişləndirməyə çalışdığını deyən İ.Çiftçi bildirib ki, hazırda Azərbaycanda turizm sahəsi üzrə mütəxəssislərin ixtisaslaşması ilə bağlı birgə işlər görülür.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/533433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR