Hindistanda polis etirazçılara atəş açdı - 6 ÖLÜ

Hindistanda polis etirazçılara atəş açdı - 6 ÖLÜ
18:05 9 Aprel 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanın Cammu və Kəşmir ştatında etirazçılar ilə polis arasında baş verən toqquşmalar nəticəsində azı 6 nəfər ölüb.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə "Times of India" qəzeti məlumat yayıb.

Polis seçki məntəqələrinə hücum edən kütləyə atəş açmaq məcburiyyətində qalıb.

Bu gün Hindistanın 29 ştatından 9-da, eləcə də Cammu və Kəşmirdə ştat assambleyası və ölkə parlamentinə əlavə seçkilər keçirilir.

Qəzetin məlumatına görə, Qanderbal və Badqam dairələrində seçkiləri boykot edən etirazçılar seçki məntəqələrinə daş və yandırıcı qatışıqlı butulkalar atıblar. İğtişaşlar digər dairələrdə də baş verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533451.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR