Somalidə partlayış: 15 ÖLÜ

Somalidə partlayış: 15 ÖLÜ
18:48 9 Aprel 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

Somalinin paytaxtı Moqadişoda hərbi bazanın yaxınlığında partlayış baş verib.

Publika.az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində 15 nəfər ölüb.

Daha əvvəl, dörd nəfərin öldüyü haqda xəbər verilirdi.

Hərbçilərin məlumatına görə, partlayıcı qurğu intiharçı-terrorçu tərəfindən işə salınıb, onun məqsədi yüksək vəzifəli hərbi məmurlar olub.

Məlumata görə, partlayış yaxınlıqdan gedən mikroavtobus məhv edib.

"Mülki şəxslərlə dolu olan mikroavtobus məhv edilib, bütün sərnişinlər həlak olub", - silahlı qüvvələrin nümayəndəsi Əbdiqadir Hüseyn bildirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR