Aktrisa sevişmə səhnəsindən danışdı

Aktrisa sevişmə səhnəsindən danışdı
19:47 9 Aprel 2017
247 Maraqlı
Ölkə mətbuatı
A- A+

2016-cı ildə "Best Model of Turkey" yarışmasının ikincisi olan Ayşenur Çetin çəkildiyi "Fi" serialındakı sevişmə səhnələrindən danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 19 yaşlı aktrisa həmkarı 41 yaşlı aktyor Ozan Güvenlə çəkildiyi cəsur səhnələr haqda deyib:

"Bu, ilk çəkildiyim serialdır. Əvvəlcə tərəddüd edirdim. Çünki qarşımda illərin aktyoru var idi. Həm də səhnələr cəsarət tələb edirdi. Amma Ozan mənə çox dəstək idi, asan oldu hər şey".

"Çəkilişlərdən sonra Güvenlə aranızda hər hansı bir hiss yaranmadımı" sualına Ayşenur belə cavab verdi:

"Hər səhnədə oynayan tərəf müqabili ilə münasibət olsa, o zaman yaşamaq üçün şəxsi həyatımız olmaz. Nə çəkiliş vaxtı, nə də sonra belə bir fikir ağlımdan da keçməyib. Həmin səhnələri də izləyəndə rolumu layiqincə oynadığımı gördüm".

Çetin "Sevgiliniz bu səhnələrinizə qarışmadımı" sualını eşitdikdə:

"Sevgilim yoxdur. Ona görə işlərimə heç kim qarışmır. İşimi də layiqincə yerinə yetirmişəm. Artıq 3 seriala təklif almışam", - deyə bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/533504.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR