Avropanın hansı şəhəri orta ömür müddətinə görə liderdir?

Avropanın hansı şəhəri orta ömür müddətinə görə liderdir?
20:38 9 Aprel 2017
117 Digər
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqının Statistika İdarəsinin (Eurostat) açıqladığı son rəqəmlərə görə, İspaniyanın paytaxtı Madrid şəhərində orta ömür müddəti 84,9 ildir. Qadınlarda bu rəqəm 87,6 ilə çatırsa, kişilərdə 81,9 il təşkil edir. Bu göstəricilərə görə, Madrid Avropada yalnız İsveçin paytaxtı Stokholmdan geri qalır.

Madrid vilayətinin səhiyyə idarəsinin rəhbəri Xesus Sançes Martos bu statistik rəqəmləri açıqlayarkən onu da qeyd edib ki, onlara səhiyyə sisteminin yeni modeli lazımdır. Çünki orta ömür müddəti artmaqda davam edəcək ki, bu da pensiyaçıların sayının çoxalmasına gətirib çıxaracaq. Onların saxlanması üçün isə daha çox maliyyə vəsaiti tələb olunacaq. (AZƏRTAC)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/194393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR