"Bu terror həm vətənimizin, həm xristianların, həm də müsəlmanların əleyhinə yönəlib"

"Bu terror həm vətənimizin, həm xristianların, həm də müsəlmanların əleyhinə yönəlib"
20:57 9 Aprel 2017
101 Dünya
Ölkə mətbuatı
A- A+

Misir prezidenti Əbdülfəttah əs-Sisi bildirib ki, ölkənin iki şəhərində xristian məbədlərində törədilən terror aktları həm xristianlara, həm də müsəlmanlara qarşı yönəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Misir dövlətinin başçısının dəftərxanasının yaydığı xüsusi bəyanatda prezidentin bu sözləri sitat gətirilib: "Bu terror həm vətənimizin, həm xristianların, həm də müsəlmanların əleyhinə yönəlib".

Əbdülfəttah əs-Sisi xüsusi vurğulayıb ki, baş verən hücumlar terrora qarşı mübarizədə və ölkədə təhlükəsizliyin bərpa edilməsində Misir xalqını daha da sıx birləşdirib.

Dövlət başçısı misirlilər və xristianlar üçün müqəddəs bayram olan Pasxa ərəfəsində terror aktları törətmiş ekstremistlərin xüsusi amansızlıqla hərəkət etdiklərini vurğulayaraq, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib. Prezident terror aktları zamanı zərər çəkmiş vətəndaşların müalicəsinin təmin edilməsi üçün qısa müddətdə bütün zəruri tədbirlərin görülməsi barədə sərəncam verib.

Qeyd edək ki, Misir Səhiyyə Nazirliyinin son məlumatlarına görə, Tanta şəhərində terror aktı nəticəsində 30 nəfər həlak olub, 78 nəfər yaralanıb. İsgəndəriyyədə baş verən partlayışda isə 13 nəfər ölüb, təqribən 40 nəfər yaralanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533518.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR