"Açığı, məni oyun maraqlandırırdı. Onların hamısından razı qaldım. Baxmayaraq ki, matçın əvvəlində həyəcanlı idilər. Hətta məğlub olsaydıq da, onlardan razı qalacaqdım".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının XXV turunda 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.
O bildirib ki, hələlik çempionluqdan danışmaq tezdir: "Çempionatın sonuna 3 tur qalıb. 3 oyun 9 xal deməkdir. Dünya futbolunda son turda çempionluğun əldə olunduğu və ya itirildiyi halda çox qarşılaşmışıq. Bizi çempionluq yox, "İnter"lə növbəti oyun düşündürür". (Sportnet.az)
Fanat.Az