Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun qərb tərəfindən girişində qeydə alınıb.
"Opel" markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən, kimliyi hələ ki, məlum olmayan, təxminən 48-55 yaşlarında olan kişini vurub.
Sürücü dərhal yaralını Tovuz rayon Mərkəzi Xəstəxanaya çatdırıb. Amma piyada yolda keçinib. Hazırda piyadanın kimliyinin müəyyən edilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Milli.Az