Astarada maşın 35 yaşlı kişini vuraraq öldürdü

Astarada maşın 35 yaşlı kişini vuraraq öldürdü
23:59 9 Aprel 2017
88 Digər
Ölkə mətbuatı
A- A+

Astarada ölümlə nəticələnən yol qəzası baş verib

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Astaranın Giləkəran kənd sakini, 1982-ci il təvəllüdlü Sultanov İlkin Məhərrəm oğlu yolu keçmək istəyərkən avtomobil  onu vurub.

 

Yaralı sürücü tərəfindən Astara rayon mərkəzi xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271745

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR