Cəbhədə həyacanlı anlar

Cəbhədə həyacanlı anlar
15:31 7 Yanvar 2015
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Səhər saatlarından Ermənistan silahlı qüvvələri Ağdamın cəbhəyanı kəndlərini atəşə tutub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Çırqalı, Ortaqərvənd, Mirəşşilli kəndləri qarşı tərəfin atəşinə məruz qalıb. Ermənilər əsasən iriçaplı silahlardan, pulemyot və avtomatlardan atəşə tutublar.

Kənd sakinlərinin bildiridiyinə görə, atışma təqribən bir saat davam edib və əsasən də evlər hədəf alınıb. Evlərin dam örtüyündə, pəncərələrində güllə izləri müşahidə edilib.

Hətta evlərin içərisinə belə güllər daxil olub. Ortaqərvənd kəndində dərs yarımçıq qalıb. Uşaqlar dərsdən yarımçıq evə buraxılıb. Vəziyyət olduqca təhlükəlidir.

Hazırda da ara-sıra güllə səsələri eşidilir. Bundan əlavə, rayonun Miorəşelli kənd sakininə məxsus maşın atəşə tutulub. Hərəkət zamanı avtomobilin arxa qapısına güllə dəyib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=318230

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR