Yusif Səfərov küçəsində nəqliyyatın hərəkəti bərpa olundu

Bakının təmirə dayanan əsas yollarından biri yenidən istifadəyə verilib.

Metbuat.az-ın məlumatına görə, bu barədə "Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib.

Aprelin 9-dan axşam saat 21:00 radələrində adı çəkilən küçədə nəqliyyatın hərəkəti bərpa edilib.

Xatırladaq ki, bir müddət əvvəl Yusif Səfərov küçəsi yenidənqurma işləri ilə əlaqədar nəqliyyatın hərəkəti üçün məhdudlaşdırılıb və bu, paytaxtda ciddi tıxaclara səbəb olub. // APA



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR