Terrorçu danışdı: Stokholmdakı hücum İŞİD-in əmri ilə törədilib

Terrorçu danışdı: Stokholmdakı hücum İŞİD-in əmri ilə törədilib
03:34 10 Aprel 2017
85 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 7-də Stokholmda baş vermiş hücum İŞİD terror qruplaşmasının əmri ilə həyata keçirilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu hücumu həyata keçirmiş Özbəkistan əsilli Rəhmət Akilov polisə ifadəsində deyib.

 

Terrorçu ifadəsində İŞİD  tərəfdarı olduğunu etiraf edib. “ Suriyada bombardmanlara son qoyulmalıdır”, deyə R.Akilov bildirib.

 

Qeyd edək ki, aprelin 7-də İsveçin paytaxtında sürücü yük maşınını piyadaların üstünə sürüb, nəticədə 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271752

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR