FHN Sabirabadda baş vermiş ağır qəza ilə bağlı məlumat yaydı

FHN Sabirabadda baş vermiş ağır qəza ilə bağlı məlumat yaydı
04:58 10 Aprel 2017
84 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyi aprelin 10-da Sabirabadda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

Publika.az FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonu, Nizami kəndində “KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobilin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1980-cı il təvəllüdlü Musayev Rəşad Arif oğlunun meyitini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/194416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR