Almaniya Futbol İttifaqının sabiq prezidenti Teo Zvanziqer 2006-cı il dünya çempionatına ev sahibliyi hüququnu qanuni yola almadıqlarını bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Zvanziqer bunları deyib:
"2012-ci ildə İSL idman agentliyindən sənədləri alana qədər əmindim ki, Almaniya mundialın təşkilatçılıq hüququna təmiz rəqabətin nəticəsində sahib olub. Həmin sənədlərlə tanış olduqdan sonra məndə şübhə oyandı. Bundan sonra araşdırma aparılmasını istədim. Təəssüf ki, istəyim yerinə yetirilmədi. Mənim dünya çempionatını rüşvətsiz almağımıza inamım 2004-cü il Avropa çempionatına teleyayım hüququna qeyri-qanuni yolla sahib çıxması ilə sarsıldı. Bunu bir qədər gec öyrəndim. Məlum oldu ki, Almaniya teleyayım hüququ üçün Qətər əmiri vasitəsilə FİFA məmuru Məhəmməd bin Həmmama pul ödəyibmiş".
Milli.Az