Cüdoçularımız Avropada 1-ci olublar - FOTO

Cüdoçularımız Avropada 1-ci olublar - FOTO
09:47 10 Aprel 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

Çexiyada yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub.

Milli.Az report-a istinadən xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha 2 medal yazdırıb.

Ölkəmizi +90 kq çəki dərəcəsində təmsil edən Məhəmməd Abdullayev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 90 kq çəki dərəcəsində mübarizə aparan Cəfər Əkbərli isə mötəbər turnirin bürünc medalına sahib olub.
Bununla da, ümumilikdə 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq yarışın yekun nəticələrinə görə millimiz Avropa kubokunu komanda hesabında birinci yerdə başa vurub.

Qeyd edək ki, 31 ölkədən 678 idmançının (422 oğlan, 256 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan milli komandası 28 yeniyetmə cüdoçu (24 oğlan, 4 qız) ilə təmsil olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/533582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR