Azərbaycana yarım metrə qədər QAR YAĞDI

Azərbaycana yarım metrə qədər QAR YAĞDI
10:28 10 Aprel 2017
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 9-u axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, qeyri-sabit keçib, aprelin 10-u səhərədək şimşək çaxıb, arabir yağış, dağlıq rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumatda bildirilib ki, ölkə ərazisində qərb küləyi əsib, bəzi rayonlarda arabir 20-30 m/s təşkil edib, Abşeron yarımadasında arabir 18-22 m/s-dək güclənib.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-7, Böyük Qafqazda 3-38, Mərkəzi-Aran rayonlarında 2-29, Kiçik Qafqazda 9-10, Qazax-Gəncə zonasında 1-9, Naxçıvan MR-da 1-7 mm olub.
Qar örtüyünün hündürlüyü Xınalıqda 30, Qırızda 22, Şahdağda 20, Sarıbaşda 5, Daşkəsəndə 1 sm-ə çatıb


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/194439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR