ABŞ İncirlik bazasını tərk edir - VİDEO

ABŞ İncirlik bazasını tərk edir - VİDEO
10:43 10 Aprel 2017
140 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Türkiyənin Adana vilayətindəki İncirlik hərbi hava bazasını tərk etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu haqda İsrail kəşfiyyatına (MOSSAD) yaxınlığı ilə tanınan “Debka” saytı bildirib.

Saytın yazdığına görə, ABŞ İncirlik əvəzinə Suriyanın şimalında qurulan 5 hərbi hava bazasına yerləşməyi planlaşdırır. Bazalardan ikisi Kamışlı, digərləri isə Rimeylan, Tabka və Kobanidə yeləşir. Bütün bazalar istifadə üçün hazır vəziyyətə gətirildikdikdən sonra ABŞ Suriyada əməliyyatları iki dəfə artıracaq.

Daha əvvəl yayılan məlumata görə, NATO missiyası çərçivəsində İncirlik bazasında yerləşdirilən Almaniyanın kəşfiyyat təyyarələrinin Cənubi Kipr və İordaniyadakı bazalara köçürülməsi planlaşdırılır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR