Azərbaycan və Dağıstan arasında yeni dəniz turizm marşrutu yaradıla bilər

Azərbaycan və Dağıstan arasında yeni dəniz turizm marşrutu yaradıla bilər
10:52 10 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Dağıstan arasında yeni quru və dəniz turizm marşrutlarının yaradılması məsələsi müzakirə edilib.

Milli.Az xəbər verir ki, Milli Turizm Təbliğat Bürosundan Trend-ə verilən məlumata görə, Azərbaycan və Dağıstan arasında turizm sahəsində əməkdaşlıq perspektivləri Azərbaycan Respublikası Milli Turizm Təbliğat Bürosunun rəhbəri Fuad Nağıyev və Dağıstan Respublikasının turizm və xalq bədii sənətkarlıq naziri Rəbiyyət Zakavovanın görüşündə müzakirə edilib.

Görüşdə iki qurumun xətti ilə qonşu regionların turizm potensialının inkişaf etdirilməsi, turizm sahəsinə sərmayələrin cəlbi, həmçinin beynəlxalq turizmin inkişafı üçün şəraitin genişləndirilməsi məsələləri də müzakirə olunub.

Xatırladaq ki, "Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-cı il tarixli 1179 nömrəli Fərmanına əsasən, ölkənin beynəlxalq imicinin formalaşdırılması, marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun və turizm potensialının artırılması, beynəlxalq səviyyədə tanıdılmasını təmin etmək məqsədilə 6 Fevral 2017-ci il tarixdə Mədəniyyət və Turizm Nazirliyi yanında "Milli Turizm Təbliğat Bürosu" publik hüquqi şəxs təsis edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/533602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR