Azərbaycan Cibutiyə humanitar yardım göndərdi

Azərbaycan Cibutiyə humanitar yardım göndərdi
11:08 10 Aprel 2017
120 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycandan Cibutiyə humanitar yardım göndərilib.

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Azərbaycan hökuməti adından Cibuti Respublikasına humanitar yardımı yola salıb.

Humanitar yardım Heydər Əliyev beynəlxalq hava limanından "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə göndərilib.

Humanitar yardıma qənd, şəkər tozu, çay, günəbaxan yağı, qarğıdalı yağı, un, makaron, vermişel və içməli su daxildir. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/194447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR