Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın Suriyanın Homs şəhərini bombalaması nəticəsində ölən və yaralananlar arasında rusların olmadığını deyib. O, bu hadisənin ABŞ-Rusiya münasibətlərinə mənfi təsir edəcəyini vurğulayıb.
Metbuat.az bildirir ki, Rusiya Dövlət Duması Suriyanın kimyəvi silah tətbiq etməkdə günahlandırılmasının Homsda nümayiş etdirilən aqressiyanı ört-basdır etmək məqsədi daşıdığını bildirib.
Rusiya XİN-i BMT-nin Təhlükəsizlik Şurasını baş vermiş hadisə ilə əlaqədar fövqəladə iclas keçirməyə çağırıb.
Qeyd edək ki, ABŞ-ın ikinci bombardımanı nəticəsində 5 mülki vətəndaş, 2 hərbçi həlak olub. Suriya Hərbi Hava Qüvvələrinə məxsus 9 təyyarə məhv edilib.
Aytən Novruzova / Metbuat.az