Şirvanda mağazanı talan etdilər

Şirvanda mağazanı talan etdilər
15:32 7 Yanvar 2015
113 Digər
Ölkə mətbuatı
A- A+

Şirvan şəhərində naməlum şəxslər mağazadan oğurluq ediblər. Hadisə ötən gecə Şirvan şəhəri, Leytenant İbrahimov küçəsi 18 ünvanında baş verib. Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, oğrular Kamil İlyas oğlu Soltanova məxsus mağazaya dam örtüyünü deşərək daxil olublar.

Onlar oradan 1300 manat nəğd pul, 1200 manat dəyərində siqaret, spirtli içki, telefon danışıq kartları və ərzaq malları aparıblar.

Oğrular mağazadan videokameranın görüntüləri olan yaddaş blokunu da götürüblər.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/317750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR