Bakıda sərnişinlə dolu avtobus

Sürücünün sərnişinlə dolu avtobusla yanacaqdoldurma məntəqəsinə girməsi zamanı baş verə biləcək faciənin miqyasını təsəvvür etmək o qədər də çətin deyil.

Metbuat.az xəbər verir ki, "Yol hərəkəti haqqında Qanun"a əsasən, sərnişin daşıyan avtobuslar sərnişinlə birlikdə yanacaqdoldurma məntəqəsinə girməməlidir. Əgər belə bir hallar baş verərsə, sürücü cərimə olunmalıdır. Qaydanı pozan sürücünün işlədiyi şirkət rəhbəri isə bu təhlükəli halların aradan qaldırılması üçün tədbirlər görməlidir.

Avtobusların yanacaq sərfiyyatı elə tənzim olunmalıdır ki, sürücü iş başında YDM-ə daxil olmaq məcburiyyətində qalmasın. Yanacaq sərfiyyatı tükənərsə, sürücüyə ən yaxın məntəqəyə girib yanacaq doldurduqdan sonra öz fəaliyyətini davam etdirməsi üçün texniki fasilə verilməlidir.

Sərnişinlər belə hallarla üzləşərsə, Nəqliyyat Nazirliyinin 012-567-85-21 nömrəli ” qaynar xətt” inə zəng vuraraq məlumat verməlidir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR