Sabirabadda ağır yol qəzası

Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonu, Nizami kəndində “KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobilin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1980-ci il təvəllüdlü Musayev Rəşad Arif oğlunun cəsədini çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 02:03-də başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR