İsrailin İrəvandakı səfiri erməniləri YERİNDƏ OTURTDU: “Azərbaycana silah satmağımız...”

İsrailin İrəvandakı səfiri erməniləri YERİNDƏ OTURTDU: “Azərbaycana silah satmağımız...”
12:08 10 Aprel 2017
108 Digər
Ölkə mətbuatı
A- A+

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun prinsipləri çərçivəsində həll olunmalıdır”.

Publika.az
xəbər verir ki, bu barədə İsrailin Ermənistandakı səfiri Eliyahu Yeruşalmi “news.am”-a müsahibəsində deyib.

İsrail səfiri münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduqlarını açıqlayıb.

“Biz sülh istəyirik. Ən vacib olan regionda sülhün bərqərar olmasıdır. Belə olarsa, Ermənistan sülh içində yaşaya bilər”, - deyə o bildirib.

İsrailin Azərbaycana silah satmasına gəlincə, E.Yeruşalmin cavabı belə olub: “İsrail bu məsələni şərh etmir. Bu məsələ İrəvanda mənim görüşlərim zamanı da qaldırılıb, ehtimal ki, gələcək məsləhətləşmələrdə bu, müzakirə ediləcək”.

E.Yeruşalmin həmçinin, əlavə edib ki, gələcəkdə İsrailin yüksək vəzifəli nazirinin Ermənistana səfəri planlaşdırılır.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/194461.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR