İkinci dəfə evlənən azərbaycanlı müğənni

Müğənni Vasif Məhərrəmli şəxsi həyatında maraqlı açıqlamalar verib.

Metbuat.az-a ikinci evliliyindən danışan Vasif Məhərrəmli ilk qızının ögey anası ilə münasibətlərindən söz açaraq, özünü qismən xoşbəxt sayıb:

“Qızım ögey anası ilə yaxşı yola gedir. Şükr olsun ki, bu gün hər şey istədiyim kimidir. Onlar bir-birinə öyrəşib, yaşayırlar. Şübhəsiz xırda anlaşılmazlıqlar olur, o da bütün ailələrdə baş verir. Allaha şükrlər olsun ki, özümü qismət xoşbəxt hesab edirəm”

Xatırladaq ki, Vasif Məhərrəmlinin ikinci evliliyi 2013-cü ildə baş tutub və onun ilk evliliyindən Əfşan adlı qızı var.

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR