Səyyar ASAN xidmət Kürdəxanıda

Səyyar ASAN xidmət Kürdəxanıda
12:39 10 Aprel 2017
83 Digər
Ölkə mətbuatı
A- A+

Səyyar ASAN  xidməti aprelin 10-dan 19-dək Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.  Xidmətdən Lent.az-a verilən məlumata görə, həmçinin, səyyar avtobuslar aprelin 26-dək Tovuz, Qax, Astara, Yevlax, Salyan şəhərlərində, aprelin 11-dək Şabran şəhəri və Abşeron rayonunun Masazır qəsəbəsində, aprelin 22-dək Füzuli rayonunun Horadiz şəhərində, Səyyar “ASAN qatar” isə 28 mart – 11 aprel Ağstafa şəhərində vətəndaşların xidmətində olacaqlar.

 

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

 

Bu xidmətlərə notariat fəaliyyəti; vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı; şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi; ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi; sürücülük vəsiqələrinin dəyişdirilməsi; əmək pensiyalarının təyin edilməsi; mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi; daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi; fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271790

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR