ABŞ ordusu ağlasığmaz yeniliyə imza atdı

ABŞ donanmasının "Transhumanizm" (fiziki və zehni olaraq insanların inkişafı üçün elektron hissələrin insan bədəninə inteqrasiya etməsini əhatə edən sistem) hərəkatının qabaqcıllarından olan Zoltan İstvan toplantı keçirib.

Metbuat.az bildirir ki, onun sözlərinə görə, GPS texnologiyası ilə insanların yerini təsbit edən mikroçiplər əsgərlərə əhəmiyyətli fayda verəcək. Beləliklə, donanma döyüş sahəsində hərbçilərin harada olduğunu asanlıqla bilərək, onları yönləndirəcək. Həmçinin mikroçipin bədənə yerləşdirilməsi kəşfiyyat baxımından da əlverişlidir. Düşmən donanma üzvlərindən hər hansını girov götürdükdə, ondakı informasiyanı əldə edə bilməyəcək.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR