Səyyar ASAN xidmət Kürdəxanıda

Səyyar ASAN xidmət Kürdəxanıda
13:13 10 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Səyyar ASAN xidmət aprelin 10-dan 19-dək Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində vətəndaşlara xidmət göstərəcək.

“ASAN Xidmət”dən Publika.az-a verilən məlumata görə, həmçinin, səyyar avtobuslar 28 mart – 26 aprel Tovuz, Qax, Astara, Yevlax şəhərlərində, 28 mart – 11 aprel Şabran şəhəri və Abşeron rayonunun Masazır qəsəbəsində, 29 mart - 26 aprel Salyan şəhərində, 3 – 22 aprel Füzuli rayonunun Horadiz şəhərində, Səyyar “ASAN qatar” isə 28 mart – 11 aprel Ağstafa şəhərində vətəndaşların xidmətində olacaqlar.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti,vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/194470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR