"Barselona" 2015-ci ildəki qədər güclü deyil"

"Barselona" 2015-ci ildəki qədər güclü deyil"
13:17 10 Aprel 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un müdafiəçisi Leonardo Bonuççi Çempionlar Liqasının 1/4 finalında qarşılaşacaqları "Barselona" ilə oyun öncəsi fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçu bunları deyib:

"2015-ci ildə Çempionlar Liqasının finalında "Barselona"ya qarşı oynamışam. Onları dayandırmaq üçün əlimizdən gələni etdik. Amma rəqibin heyətində Neymar, Messi və Suarez var. "Barselona"nın istedadlı futbolçuları çoxdur. Messi daha dərinlərdən oynamağa başlayıb, ondan sürpriz gzləməy dəyər. Neymar çox sürətlidir. Braziliya - Paraqvay oyununda onun 60 metr məsafəni birnəfəsə qət etməsini xatırlayın.

Luis Suarez sona qədər mübarizə aparır və istəyinə çatmaq üçün istənilən formada hiylə işlədə bilər. Buna baxmayaraq "Yuventus"un etibarlı müdafiəsi var. Müdafiəmiz rəqibdən daha güclüdür. Birlikdə uzun müddətdir oynayırıq, səviyyəmizi sübut etmişik. "Barselona"nı xırdalıqlarına kimi araşdırmışam. Onların necə oynadığını bilirəm. Fikrimcə, katalonlar 2015-ci ildəki qədər güclü deyil. Mənə görə, Çempionlar Liqasının ən güclü komandası "Bavariya"dır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/533667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR