"ABŞ və Rusiya toqquşmanın bir addımlığında olub" - İran prezidenti

"ABŞ və Rusiya toqquşmanın bir addımlığında olub" - İran prezidenti
13:44 10 Aprel 2017
83 Digər
Ölkə mətbuatı
A- A+

 

Suriyanın Şayrat aviabazasına endirdiyi raket zərbələrinə görə ABŞ və Rusiya toqquşmanın bir addımlığında olub.

 

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İran prezidenti Həsən Ruhani deyib.

 

H. Ruhaninin  sözlərinə görə, hava zərbələrini endirmək üçün ABŞ-ın gətirdiyi bəhanə əsassız olub: "“Qaz yayılıb, nəticədə insanlar ölüb. Biz məsələnin detallarını öyrənmək üçün beynəlxalq komissiyanın yaradılmasını təklif etdik. Fikrimizcə, məsələni araşdırmaq çətin deyildi. Məlum olsa ki, qazı terrorçular yayıb, ABŞ nə edəcək? Əgər terrorçular anlasa ki, hər dəfə qaz yaymaqla, ABŞ onları dəstəkləyəcək, o zaman bölgənin taleyi necə olacaq? Rusiya rəsmiləri mənimlə danışıqlarda bildirirdilər ki, raket zərbələrinə görə ABŞ-la münaqişənin bir addımlığında olublar”.

 

İran prezidenti həmçinin bildirib ki, ABŞ endirdiyi hava zərbələr danışıqlar prosesinə zərər vurub. Onun fikrincə, Suriya münaqişəsinin həlli ancaq siyasi yolla mümkündür: “Yekun qərar siyasi olmalıdır. Fikrimizcə, sülh danışıqları irəliləməlidir ki, biz Suriyadakı böhranın yekun həllinə yaxınlaşaq. ABŞ-ın etdiyi isə danışıqlar prosesinə zərər vurub”.

 

H. Ruhani ABŞ prezidenti Donald Trampın hava zərbələr ilə bağlı qərarını pisləyib və təkrar aviazərbələrin bölgədəki vəziyyəti çətinləşdirəcəyini deyib.

 

Qeyd edək ki, aprelin 4-də Suriya aviasiyasının İdlib şəhərinə zərbələr endirməsindən sonra kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. Aprelin 7-ə keçən gecə ABŞ-ın Aralıq dənizindəki iki hərbi gəmisindən Əsəd ordusuna aid Şayrat aviabazasına 59 raket buraxılıb.

 

Nəticədə aviabazanın uçuş-enmə zolağı, təyyarələrin dayanacağı və yanacaqdoldurma kompleksləri vurulub, bir neçə təyyarə sıradan çıxıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271795

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR